Azərbaycanın dövlət sərhədini pozmaq istəyən Şri-Lanka vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən 5 nəfər əcnəbi vətəndaş tərəfindən Azərbaycanın dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Hadisə aprelin 26-da Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində “Pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən arxa istiqamətdən mühəndis çəpərinə yaxınlaşan 5 nəfər naməlum şəxs müşahidə olunub və onların hərəkətləri nəzarətə götürülüb. Azərbaycandan İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Şri-Lanka vətəndaları – 1987-ci il təvəllüdlü Kunarathinam Thuvisan, 1977-ci il təvəllüdlü Sellakılı Santhırakumar, 1983-cü il təvəllüdlü Ratnasingam Satheeskumar, 1994-cü il təvəllüdlü Gunaslgar Kamstan və 1978-ci il təvəllüdlü Anthony Cross Anthony Belder sərhəd pozucusu qismində saxlanılıblar.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş