Azərbaycanın hərbi tibb mütəxəssisləri İranlı həmkarları ilə görüşüb

Azərbaycan ilə İran arasında hərbi sahədə ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Müdafiə Nazirliyinin bir qrup tibb xidməti zabiti İranın paytaxtı Tehran şəhərində olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev İran Silahlı Qüvvələrinin tibb xidməti rəisi, briqada generalı Həsən Ərağizadə ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıb.

İran Silahlı Qüvvələrinin tibb xidmətinin imkanlarının öyrənilməsi məqsədilə Azərbaycan nümayəndə heyəti İslam İnqilabı Keşikçiləri Korpusunun Bəqiyətullah və Cəmaran hospitallarını, Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Besət hospitalını, İran Ordusunun Tibb Elmləri Universitetini ziyarət edib, eləcə də müdafiə qabiliyyətləri sərgisinə baxış keçiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş