Azərbaycanın milli MRAP maşını “Tufan” belə olacaq – FOTO

Azərbaycanın yerli mühəndisləri tərəfindən dizayn edilmiş və yaradılma mərhələsində olan milli minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) maket formatında ADEX-2016 sərgisində nümayişə çıxarılıb.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən yaradılan MRAP-ın kiçik ölçülü maketi MSN-in əsas stendinə yer alır.

Yeni maşın xarici dizaynına görə, MSN tərəfindən istehsal edilən, eləcə də Azərbaycan Ordusunun silahlanmasındakı digər MRAP tipli maşınlardan fərqlənir.

MAKA-nın direktoru Alçın Şirinzadə “Azeri Defence” jurnalına açıqlamasında bildirib ki, yeni maşın “Tufan” adlanacaq. Maşının təcrübi nümunəsinin yaradılması işlərinin 2016-cı ilin sonuna qədər tamamlanması planlaşdırılır.

Sınaqlardan sonra eyni şassi üzərində tibbi yardım, radioelektron mübarizə, polis, kəşfiyyat versiyalarının yaradılması planlaşdırılır.

Maşın üçün xüsusi distans döyüş modulu da hazırlanır. Döyüş modulunun ilk nümunəsi 12.7 mm çaplı pulemyot, tüstü qumbaraları ilə silahlandırılacaq: “Modulun üzərində gündüz və termal kameraların və lazer məsafəölçənin quraşdırılması nəzərdə tutulub. Döyüş modulunun əsas özəlliyi isə onun bütün proqram təminatının yerli mütəxəsislər tərəfindən hazırlanmasıdır. Bu modul universal olacaq. Yəni tək zirehli maşınlara deyil, zirehsiz maşınlara da qurula biləcək”.

Tufan MRAP (2)

Tufan MRAP (1)

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş