Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər edəcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə oktyabrın 8-də Minsk şəhərinə yola düşəcək.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rəsmi səfər çərçivəsində Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.

Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş