Azərbaycanın müdafiə naziri MDB Müdafiə nazirlərinin iclasında iştirak edəcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının dekabrın 23-də keçiriləcək növbəti iclasında iştirak edəcək.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə iştirak etmək üçün müdafiə naziri bu gün Moskva şəhərinə yola düşüb.

KATEQORIYA:
Bu xəbəri paylaş