Azərbaycanın müdafiə naziri Türkiyənin yeni təyin olunmuş səfiri ilə görüşüb

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfiri diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Sonra türkiyəli diplomat ölkəsinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi, briqada generalı Zafer Ocakı nazirə təqdim edib.

Hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən müdafiə naziri ona hər iki ölkənin Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi və digər məsələlər müzakirə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş