Azərbaycanın müdafiə naziri Türkiyəyə səfərə gedib

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin dekabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün İstanbula yola düşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Üçtərəfli formatda keçirilən növbəti görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişatı nəzərdən keçiriləcək, regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş