Azərbaycanın NATO üçün ayırdığı dəniz və hava qruplarının qiymətləndirməsi keçiriləcək

Azərbacan Ordusunun NATO ilə ortaq əməliyyatlar üçün bəyan etdiyi qüvvələrin növbəti qiymətləndirməsi keçiriləcək.

“AzeriDefence”nin Azərbaycan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK/OCC) üçün bəyan etdiyi Hərbi Dəniz Qüvvələrinin və Hərbi Hava Qüvvələrinin helikopter cütlüyünün oktyabr ayında özünü qiymətləndirmə təlimlərinin keçirilməsi nəzərdə tutulur.

Oktyabr ayında  Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə qrupunun 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi ilə yanaşı 23-27 oktyabr tarixlərində Mi-17 helikopter cütlüyünün 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi keçiriləcək.

Qeyd edək ki, 2004-cü ilin aprel ayında Azərbaycan NATO-nun ƏİK proqramına qoşularaq Ortaq Qüvvələr Birliyinə bir yüngül motoatıcı ƏİK bölüyü və 2010-cu ilin avqust ayından Azərbaycan Silahlı Qüvvələrinin ƏİK Taboru və 2015-ci ildə ƏİK Kəşfiyyat bölüyü, 2 ədəd Mi-17 helikopter cütlüyü və Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə Qrupu bəyan edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş