Azərbaycanın Pakistandan JF-17 təyyarələrini alma məsələsi həll olunur

Azərbaycan və Nigeriya Pakistandan təkmilləşdirilmiş JF-17 “Thunder” döyüş təyyarələri və digər müdafiə məhsullarının alınmasında maraqlıdırlar.

“AzeriDefence”nin “PakTribune” saytına istinadən verdiyi məlumata görə, bu barədə Pakistanın prezidenti Məmnun Hüseyn bildirib.

“Azərbaycan və Nigeriya tezliklə Pakistan məhsullarının alıcılar olacaq”, – deyə Pakistan prezidenti Ravalpindi Ticarət və Sənaye Palatsının nümayəndə heyəti ilə görüşdə bildirib.

M. Hüseyn qeyd edib ki, Azərbaycana səfəri zamanı müxtəlif sahələrdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib.

Qeyd edək ki, Azərbaycan və Pakistan arasında JF-17 “Thunder” döyüş təyyarələrinin alğı-satqısına dair müzakirələr 2008-ci ildə başlanıb. Alğı-satqı barədə tərəflərin nrazılığı olsa da təyyarənin mühərrikinin Rusiya istehsalı olması (MiQ-29 təyyarələrində istifadə olunan RD-93 mühərriyi) və Pakistana Çin üzərindən satışı, eləcə də təyyarədə yer alan RC-400 radarının Fransa (Thales şirkətinin) istehsalı olması satışın gerçəkləşməsinə mane olub. 2013-cü ilin sonlarında Pakistan və Rusiya mühərriklərin Pakistana birbaşa alğı-satqısı barədə anlaşma əldə edib. “Thales” rəsmilərinin Azərbaycanın hərbi qurumları ilə 2014-cü ildən başlayan aktiv görüşmələrində radar məsələsinin həlli yollarının da müzakirə olunduğuna dair məlumatlar var.

ideas-pakistan xeberine (1)

KATEQORIYA:
Bu xəbəri paylaş