Azərbaycanın “Qasırğa”ları hədəfi “ağıllı” raketlərlə vuracaq

ROKETSAN şirkətinin rəhbəri: “Bu, Azərbaycan Silahlı Qüvvələrinə əlavə güc qazandıracaq” 

“ROKETSAN şirkəti olaraq bu günədək Azərbaycana dəstək verdik, bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcəyik. Yetər ki qardaşlarımız bizdən tələb etsinlər. Biz bütün ehtiyacları qarşılayacaq imkana malikik”.

Bunu “AzeriDefence” jurnalına müsahibəsində Türkiyənin ROKETSAN şirkətinin İdarə Heyətinin sədri, ehtiyatda olan general-polkovnik Emin Alpman bildirib.

E.Alpman qeyd edib ki, Azərbaycanın sifariş verdiyi T-122 “Sakarya” və T-300 “Qasırğa” sistemlərinin və onların döyüş sursatlarının çatdırılması tamamlanıb.

eminalpman

Emin ALPMAN – ROKETSAN İdarə Heyətinin sədri

“Biz 300 mm-lik raketlərin idarəolunan versiyasını hazırlamışıq. Keçən il Azərbaycanla imzaladığımız müqavilə ilə sərbəst uçan raketləri idarə olunan raket halına gətiririk. Bu raketlər hədəfləri uzaq məsafədən yüksək dəqiqliklə, nöqtə atışı ilə vurmağa imkan verir. 2017-ci ildən etibarən onların çatdıdılmasına başlayacağıq. Öz növbəsində bu, Azərbaycan Silahlı Qüvvələrinə əlavə güc qazandırmış olacaq”, – deyə ROKETSAN rəhbəri vurğulayıb.

“Qasırğa”nın idarə olunan TRG-300 raketlərinin mənzili 120 km arasında, dəqiqliyi 10-20 metrdir. TGPS və İNS naviqasiyasına malik TRG-300 raketinin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. TRG-300 raketinin uzunluğu 5.24 metr, ağırlığı 585 kiloqram təşkil edir.

E.Alpman qeyd edib ki, ROKETSAN eyni zamanda 122 mm-lik raketlərin də idarə olunan verisyalarını hazırlayır: “Bu gün dünyadakı 122 mm-lik raketlər demək olar ki idarə olunmayandır. Biz başladığımız proqramda ROKETSAN mühəndislərinin imkanlarından, bilik və bacarıqlarından istifadə edərək 122 mm çaplı raketlərin idarə olunan nümunəsini hazırladıq və testlərdə müsbət nəticələr alındı. Bu yeni məhsulumuz barədə Azərbaycanın müdafiə nazirinə də məlumat verdik. Azərbaycan tərəfi bu sursatlara böyük maraq göstərir. Qismət olarsa bu raketləri də Azrbaycan Silahlı Qüvvələrinə verəcəyik”.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş