Azərbaycan Rusiyadan An-124-100 təyyarələri alır

Azərbaycanın “Silk Way Airlines” aviasiya şirkəti ilə Rusiyanın “İlyuşin Finans” şirkəti arasında An-124-100 yükdaşıma təyyarələrinin alqı-satqısına dair müqavilə bağlanıb.

“AzeriDefence”nin məlumatına görə, müqavilə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “Farnborough Airshow – 2016” beynəlxalq aerokosmik salon – sərgi çərçivəsində imzalanıb.

Müqaviləyə əsasən təyyarənin alınması lizinq yolu ilə həyata keçiriləcək.

Saziş “İlyuşin Finans”ın lizinq bölməsinin baş direktoru Aleksandr Rubçov və “Silk Way Group”un prezidenti Zaur Axundov tərəfindən imzalanıb.

Məlumatda o da qeyd olunub ki, razılaşmaya əsasən Azərbaycanın adıçəkilən şirkəti 2004-cü istehsalı olan, sonradan isə Rusiyanın “Polet” aviakompaniyası tərəfindən istismar edilib.

An-124-100 təyyarəsi An-124 “Ruslan”ın mülki versiyasıdır.

kosmik_az

 

KATEQORIYA:
Bu xəbəri paylaş