Azərbaycanla Əfqanıstan arasında hərbi yardım haqqında saziş təsdiq edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hərbi yardım haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

“AzeriDefence”nin Prezidentin saytına istinadən verdiyi məlumata görə, dövlət başçısının fərmanı ilə Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hərbi yardım haqqında 2016-cı il iyulun 15-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Dövlət Sərhəd Xidmətinə Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əfqanıstan İslam Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş