Azərbaycanla Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Müdafiə Nazirliyinin nümayəndə heyəti “Azərbaycan-Pakistan İşçi Qrupunun 7-ci Görüşü”ndə iştirak etmək məqsədilə Pakistana səfər edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib.

Tədbirin yekununda Azərbaycanın Müdafiə Nazirliyi ilə Pakistanın Birləşmiş Qərargahı arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Qeyd edək ki, yüksək rütbəli heyətlərinin iştirakı ilə İşçi Qrupunun görüşü hər il növbəli qaydada Azərbaycanda və Pakistanda keçirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş