Azeri Defence saytının xəbəri Balkan KİV-lərinin gündəmində: SERBİYA RƏHBƏRLİYİ İTTİHAM OLUNDU

Azeri Defence saytının xəbəri Balkan KİV-lərinin gündəmində: SERBİYA RƏHBƏRLİYİ İTTİHAM OLUNDU

Ermənistan Ordusunun Füzuli rayonunun yaşayış məntəqələrinə – Horadiz şəhərinin atəşə tutulmasında Serbiyanın “EDePro” şirkətinin istehsalı olan 122 mm çaplı G-2000 reaktiv raketlərdən istifadəsi ilə bağlı Azeri Defence saytının sentyabrın 28-də yayımladığı xəbər Balkan ölkələrinə məxsus KİV-lərdə yer alıb.

Xəbərimizə diqqət ayıran CDM.me portalı Serbiya rəhbərliyini Ermənistana silah satışına görə sərt tənqid edib.

“Serbiya Prezidenti Aleksandr Vuçiç ya zəif məlumatlıdır, ya da Serbiya silahlarının Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında gedən qarşıdurmalardakı rolu barədə yalan danışır. Onun münaqişədə “Serb silahı yoxdur” ifadəsi başqa cür izah edilə bilməz”, – deyə protal yazıb.

Sayt yazır ki, “Suda Belqrad” turu zamanı Vuçiç bildirib ki, “orada Serbiya istehsalı olan silah yoxdur. Nə toplar, nə də tanklar – heç bir şey Serbiya istehsalı deyil. Biz barış istəyirik”.

Serbiyanın Nova.rs saytı isə Azeri Defence saytında yayımlanan xəbərə 3 yazı həsr edib. Foto və xəbəri yerli ekspertlərin iştirakı ilə araşdırıb.

Portalda sentyabrın 28-də yayımlanan “Serbiya üçün yeni problem: Ermənilər azərbaycanlılara Serbiya raketi atdılar” sərlövhəli yazıda Serbiyanın silah satıcısı Slobodan Tesicin bu satışlarda əli olduğu qeyd edilib.

Hərbi analitik Aleksandar Radiç bildirib ki, atılan raketin dizayneri və istehsalçısı Belqradda yerləşən “EDePro” şirkətidir.

“Üç gün əvvəl Ermənistan və Azərbaycanda müharibə vəziyyəti elan edildi və bir gün sonra Serbiya yenidən ictimaiyyətin diqqət mərkəzində oldu. Bu ilin iyul ayında Azərbaycanda bir bölgədə baş verən qarşıdurma zamanı ermənilərin Serb silahlarından istifadə etdikləri barədə məlumat ortaya çıxdıqda, Ticarət naziri Rasim Ljajic, 2020-ci ilin may və iyun aylarında Serbiyanın Ermənistana silah ixracına dair iki müqaviləni təsdiqlədiyini söylədi. Bu müqavilələr tüfəng və tapança üçün sursatlarla bağlı idi”.

Azeri Defence saytının üzərində “EDePro”nun adı qeyd olunmuş raketlərin fotolarını yayımladığını qeyd edən yazının müəllifi qeyd edib ki, keçən il və bu il adı qalmaqallarda hallanan “Krushik” şirkəti əslində o raketin son istehsalçısı və sahibi olsa da, adı çəkilmir. Yalnız raketin üzərindəki zavodun adı qeyd olunur.

Hərbi analitik Aleksandar Radiç bildirib ki, G-2000 raketi “EDePro” və “Krušik”in birgə istehsalıdır. Hərbi analitikin fikrincə G-2000 raketlərinin 2019-cu ildə istehsal olunduğunu və bu il ixrac edildiyini ehtimal edir.

“Həmin raketlər ermənilərə satılanda qanunsuz bir şey edilmədi. Qanuni olaraq ixrac edildi. Nə Azərbaycan, nə də Ermənistan BMT-nin sanksiyalarına məruz qalmadılar. Amma sual bunun Serbiya maraqları baxımından səhv olub olmamasıdır. Ljajic iyun ayında ixrac edilən silahların dəyərinin bu il bir milyon avrodan az olduğunu söylədi. Buna görə bir milyon avrodan az olduğu üçün Azərbaycanla münasibətlərimizi təhlükə altına qoymalı idik”.

Portalda dərc olunan “Aşkar edirik: Ermənistanı “silahlandıran” Serb şirkəti ilə bağlı hər şey” sərlövhəli məqalədə isə “EDePro” şirkətinin “qara işlərdə” rolundan bəhs edilir və şirkətin 2% səhminin dövlətə məxsus “Jugoimport SDPR” şirkətinə məxsus olduğu bildirilir.

Macarıstanın Balk.hu saytı da mövzuya diqqət ayırıb. Sayt Belqrad mərkəzli KİV-lərə istinadən yazıb ki, Ermənistana silahların satışı və daşınması Valjevodakı “Kruşik”, Trstenikidəki “Prva petoletka” və Kragujevacdakı “Zastava oružje” şirkətlərindən “Vectura trans” şirkəti vasitəsi ilə həyata keçirilir. “Vectura trans”ın Liberiya əməliyyatları üçün 2017-ci ilin dekabrında ABŞ Xəzinədarlığı Nazirliyi tərəfindən qara siyahıya alınan Serbiya Proqressiv Partiyasının maliyyə dəstəkçisi Slobodan Taşiçə məxsus olduğunu bilir.

“Serbiya müxalifətinə görə, Ljajiç silah nəqlindəki ən əhəmiyyətli fiqur deyil, çünki silah ixracatı ilə bağlı qərarlar əslində Serbiya Gizli Xidmətinin (BİA) rəhbəri və Daxili İşlər və Xarici İşlər Naziri Dövlət Başçısı Aleksandr Vuçiç tərəfindən verilir. Ljajić lazımi sənədləri imzalayan başını sallayan Condur”.

Sayt daha sonra yazır ki, Serbiya hərbi sənayesinin illərdir Azərbaycana silah və texnologiya satdığı sirr deyil: “Azeri Defence xəbər portalı Serbiyanın G2000 raketlərinin qalıqlarının şəkillərini dərc etdikdən sonra prezident Aleksandar Vuçiç 29 sentyabrda mövzuya yenidən qayıtdı. Vuçiçə görə, Serbiya yalnız döyüşən tərəflərə sursat satırdı. Digər Serb mənşəli silahlar üçüncü tərəflər vasitəsi ilə Qafqaza çata bilərdi”.

Bosniya və Hersoqovinada yayımlanan Avaz.ba saytı da mövzuya diqqət ayırıb. “Azeri Defence saytının Füzulidən verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən BM-21 “Qrad” YARS-lardan Horadiz şəhərindəki mülk sakinlərin həyətlərinə atılan mərmilərin qalıqları Serbiyanın “EdePro” şirkəti tərəfindən istehsal edildiyini göstərir. “EdePro” kataloquna görə, G-2000 hazırda bazarda ən uzun mənzilli raketdir”.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş