Azərkosmos ikinci peyki üçün Kanada şirkətini seçdi

Qərargahı Kaliforniyanın Palo-Alto şəhərində yerləşən və Kanadanın MDA şirkətinə məxsus, kommersiya peyklərinin aparıcı təchizatçısı olan “Space Systems/Loral” (SSL) şirkəti “Azərkosmos” ASC tərəfindən Azərbaycanın sayca üçüncü, təyinatına görə isə ikinci  telekommunikasiya peykinin istehsalçısı seçilib.

“Azərkosmos”dan “AzeriDefence”yə verilən məlumata görə, dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan İntelsat ilə “Azərkosmos” ASC-nin uzunmüddətli razılaşmasına əsasən, 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək Azerspace-2 Afrika, Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edəcək.

SSL şirkətinin prezidenti Con Çelli (John Celli) bildirib ki, peyk operatorları ilə əməkdaşlıq sahəsində SSL-in böyük təcrübəsi var: “Biz Azərkosmosla İntelsatın inkişaf hədəflərini dəstəkləyəcək bir peyk istehsal etməklə bu şirkətlərin birgə əməkdaşlıq layihəsinə öz töhvəmizi verməyi səbirsizliklə gözləyirik”.

Azerspace-2 Azərkosmos-un sayca ikinci telekommunikasiya peyki olmaqla yanaşı, Azerspace-1-in əhatə zonasını genişləndirməklə Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrikada Böyük Səhranın cənub regionlarında ödənişli televiziya, hökumət strukturları üçün rabitə xidmətləri və şəbəkə xidmətlərinə artan tələbatı qarşılayacaq.

Bu peyk İntelsatın hazırda 45° şərq uzunluğu orbital mövqeyində yerləşən və Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionlarında ödənişli televiziya platformalarını tutumla təmin edən İntelsat 12 peykinin davamlılığını təmin edəcək. Azerspace-2, həmçinin Afrikada korporativ şəbəkə və dövlət qurumlarına peyk xidmətləri həyata keçirəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş