Azərbaycan-ABŞikitərəfli hərbi əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-ABŞ ikitərəfli hərbi əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Konfransda ölkələr arasında müdafiə sahəsində həyata keçirilən fəaliyyətlərin gedişatı və ikitərəfli əməkdaşlığın perspektivləri, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2016-cı il uçun İş Planı”nın layihəsi müzakirə edilib.

Tədbirdə Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin müvafiq idarə və xidmətlərinin, eləcə də Silahlı Qüvvələrin üç qoşun növünün təmsilçiləri, ABŞ tərəfdən isə Avropa Komandanlığının, ABŞ-ın Azərbaycandakı Hərbi Attaşeliyinin və Hərbi Əməkdaşlıq Ofisinin nümayəndələri iştirak ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş