Azərbaycan, Anqola, Peru, Qətər və Cənubi Koreyanın hərbi xərcləri on il ərzində 16 milyard dollar artacaq

Azərbaycan, Anqola, Peru, Qətər və Cənubi Koreyanın müdafiə xərclərinin növbəti onillik ərzində 16 milyard ABŞ dolları artacağı proqnozlaşdırılır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Frost & Sullivan” şirkətinin hazırladığı “Sürətli inkişaf edən müdafiə bazarı” hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, qeyd olunan ölkələrin müdafiə xərclərinin ümumi illik artım tempi 2.8% təşkil edir. 2015-ci ildə adıçəkilən ölkələrin toplam müdafiə xərcləri 53.68 milyard dollar olub. 2025-ci ildə isə bu rəqəmin 70.57 milyard dollara çatacağı gözlənilir.

Şirkətin analitiklərinin fikrincə, adıçəkilən ölkələrdə müdafiə sahəsində xarici asılılığın aradan qaıldırılması üçün milli sənaye bazasının inkişafı cəhdləri gedir. Bu ölkələr yeni avadanlıqların alınmasına il ərzində ümumi büdcədən 30%-dən çox vəsait sərf edirlər.

Müdafiə xərclərinin artımı adıçəkilən ölkələrin yerləşdikləri regionlarda artan təhdidlərlə də sıx bağlıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş