Azərbaycan Avropa İttifaqının TIRAMISU layihəsinə maraq göstərir

Azərbaycan Avropa İttifaqının minalara dair tədqiqatların aparılmasını nəzərdə tutan TIRAMISU layihəsinə maraq göstərir. Bu barədə “AzeriDefence”yə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş əməliyyat meneceri Samir Poladov məlumat verib.

S. Poladovun sözlərinə görə, aprelin 24-dən 26-dək Xorvatiyada keçirilmiş “Humanitarian Demining-2012” simpoziumu çərçivəsində layihənin beynəlxalq təqdimatı olub.

“Bu layihə mina təsirinə məruz qalmış ölkələrdə tədqiqatların aparılmasını nəzərdə tutur. TIRAMISU bizim də marağımızdadır”, – deyə ANAMA rəsmisi vurğulayıb.

Qeyd edək ki, dəyəri 14.9 mln. Avro təşkil edən TIRAMISU layihəsi 2012-ci ilin yanvar ayında başlayıb. Dörd il davam edəcək layihə çərçivəsində Xorvatiya o cümlədən mina təsirinə məruz qalmış ölkələrdə tədqiqatlar aparılaca, mina riski qiymətləndiriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş