Azərbaycan BƏƏ-nin silahlı PUA-ları ilə maraqlanır – EKSKLÜZİV – FOTO

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin ADCOM Systems şirkətinin istehsalı olan “Global Yabhon” adlı silahlı pilotsuz uçuş aparatına (PUA) maraq göstərir. Bu barədə “AzeriDefence.com” saytına eksklüziv olaraq ADCOM Systems şirkətindən məlumat verilib.

Azərbaycan nümayəndə heyəti Dubay Aviasiya Şousunda bu zərbə PUA-sı ilə tanış olub və tərəflər arasında ilkin müzakirələr aparılıb.
Şirkət nümayəndələrinin sözlərinə görə, Azərbaycan tərəfi belə bir PUA-nı ordunun silahlanmasında görmək istədiyini vurğulayıb.

“Bu aparatın Azərbaycana satışında problemin ola biləcəyini düşünmürük. Azərbaycan və BƏƏ yaxşı əlaqələrə malikdir və hərbi sahədə münasibətlər də getdikcə inkişaf edir. Biz həm “Global Yabhon”, həm də “United-40” barədə Azərbaycan heyətini məlumatlandırdıq”, – deyə ADCOM Systems şirkətindən bildirilib.

Hazırda Rusiya da adıçəkilən PUA ilə yaxından maraqlanır və almaq istəyində olduğunu bəyan edib.

Qeyd edək ki, “Global Yabhon” 17 km yüksəklikdə 40 saat havada qala bilir. PUA-nın silahlanmasına “Yabhon Thunder” adlı 240 km uzaqlığa malik idarə olunan raketlər də daxil olmaqla müxtəlif tipli raketlər daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş