Azərbaycan CAR-dan ötən il 30 snayper tüfəngi alıb

CAR statistikanı açıqladıCənubi Afrika Respublikasının (CAR) Azərbaycana satdığı silahların statistikası açıqlanıb.

“AzeriDefence”nin məlumatına görə, CAR-ın Adi Silahlanmaya Milli Nəzarət Komitəsinin (NCACC) hesabatında Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrə ixracat rəqəmləri əksini tapıb.

Hesabatda yer alan məlumata görə, CAR 2014-cü ildə Azərbaycana 22 milyon rand ($1 777 650) dəyərində 30 ədəd 40 mm çaplı top, 1.7 milyon rand ($137 363) dəyərində 20 ədəd snayper tüfəngi və 4.6 milyon rand ($371 700) dəyərində 10 ədəd anti material snayper tüfənginin satışını reallaşdırıb.

KATEQORIYA:
Bu xəbəri paylaş