Azərbaycan donanmasına sualtı qayıqlar gəlir – EKSKLÜZİV

Hərbi donanmamıza yeni gücYaxın 3 il ərzində Azərbaycanın Xəzərdəki donanmasının sıralarına sualtı qayıqların daxil edilməsi mümkündür.

“AzeriDefence.com” saytının hərbi mənbələrdən əldə etdiyi eksklüziv məlumata görə, artıq adı açıqlanmayan bir ölkədə Azərbaycanın sifarişi ilə Xəzər dənizi üçün xüsusi olaraq sualtı qayıqlar hazırlanır.

Qayıqların qabariti onların Xəzər dənizində sərbəst manevrlər etməsinə imkan verəcək.

Bununla da Azərbaycan Xəzər dənizində əlavə güc qazanmış olacaq. Bu qayıqlar hazırda Xəzərdə İranın silahlanmasında olan “Kilo” tipli qayıqlardan daha müasirdir və üstünlüklərə malik olacaq.

Qeyd edək ki, hazırda Azərbaycan donanması “Triton-2M” tipli mini sualtı qayıqlara malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş