Azərbaycan-Fransa hərbi əlaqələri müzakirə olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Müdafiə Nazirliyinin Silahlandırma Baş İdarəsinin Avropa və Cənubi Amerika üzrə direktor müavini Jan-Kristov Nuronu qəbul edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye də iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş