Azərbaycan gəmilərində Navmaster ECDİS sistemi qurulur

“PC Maritime” və onun Estoniyadakı ticarət ortağı “Marine Technics” şirkəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ASC ilə Azərbaycan gəmilərinin Navmaster ECDIS sistemi ilə təmin edilməsinə dair müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence” “PC Maritime” şirkətinin saytına istinadən məlumat verib.

Müqavilə çərçivəsində Azərbaycanın 28 gəmisində Navmaster ECDIS sistemi qurulacaq.

Şirkət son 3 il ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 13 gəmisində bu sistemin qurulduğunu bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş