Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimi başlayır

Sentyabrın 22-dən 26-dək Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə “Sonsuzluq-2014” (Eternity-2014) kompüter dəstəkli komanda-qərargah təlimi keçiriləcək.

“AzeriDefence”nin məlumatına görə, təlimdə əsas ixrac boru kəmərlərinə ehtimal olunan təhdid ssenariləri nəzərdən keçiriləcək.

Təlimə Azərbaycandan və Türkiyədən 12, Gürcüstandan 24 nəfər (ümumilikdə 48 nəfər) hərbçi, boru kəmərlərinin mühafizəsini təşkil edən qurumların nümayəndələri, həmçinin, BOTAŞ və SOCAR-ın nümayəndələri iştirak edəcəklər.

KATEQORIYA:
Bu xəbəri paylaş