Azərbaycan heyəti Qəbələ RLS-lə bağlı Moskvaya gedir

Yaxın iki həftə ərzində Qəbələ radiolokasiya stansiyasının (RLS) icarəsinə dair danışıqların növbəti raundunun keçirilməsi üçün Azərbaycan nümayəndə heyəti Moskvaya səfər edəcək. “AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirib.

Rusiyanın iyun ayınadək Azərbaycanla Qəbələ RLS-in icarəsinə dair danışıqları başa çatdırmağı planlaşdırdığını deyən nazir müavinin sözlərinə görə, “danışıqlarda heç bir problem yoxdur”.

“Bu gün aramızda müzakirə olunan suallar tamamilə texniki xarakteri daşıyır”, – deyə A. Antonov vurğulayıb.

Qeyd edək ki, Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə kimi icarəyə verib. Rusiya stansiyanı 2025-ci ilədək istismar etməyi, 2019-cu ilədək isə oradakı mövcud RLS-lərdən birini “Voronej” tipli RLS sistemi ilə əvəz etmək niyyətindədir.

KATEQORIYA:
Bu xəbəri paylaş