Azərbaycan hökuməti NATO ilə birgə tədbirlərin keçirilməsinə 1 301030 dollar ayırıb

Azərbaycan hökuməti 2012-ci ildə NATO ilə birgə “Sülh Naminə Tərəfdaşlıq Proqramı” (PfP) və “Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı” (İPAP) çərçivəsində tədbirlərin keçirilməsi üçün 1 milyon 023,45 min manat (1 301 030 ABŞ dolları) vəsait ayırıb. Bu barədə “AzeriDefence” saytına Nazirlər Kabinetindən məlumat verilib.

Bu məqsədlə Xarici İşlər Nazirliyinə 420,45 min manat, Müdafiə Nazirliyinə 523 min manat, Fövqəladə Hallar Nazirliyinə isə 80 min manat vəsait ayrılıb.

Bundan başqa, Şimali Atlantika İttifaqı Parlament Assambleyası çərçivəsində Siyasi Komitənin Bakıya səfəri və “Rouz-Rout” seminarının keçirilməsinə büdcədə 75 min manat vəsait nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş