Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərə qatılıblar
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Azərbaycan hərbçiləri iyulun 20-dən 24-dək Oberammerqau şəhərində (Almaniya) “Quru Qoşunların döyüş hazırlığının qiymətləndirilməsi” və iyulun 20-dən 27-dək London şəhərində (Böyük Britaniya) “Müdafiə Tədqiqatları üzrə Kral Kolleci” kurslarına qatılıblar.
KATEQORIYA: Müdafiə