Azərbaycan hərbçiləri Rusiyada RAE-2015 sərgisində iştirak edəcəklər

Sentyabrın 9-dan 12-dək Rusiyanın Nijni Tagil şəhərində keçiriləcək “Russia Arms Expo- 2015” (RAE-2015) sərgisinə 40 ölkədən rəsmi nümayəndə heyəti qatılacaq.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə Sverdlovs vilayətinin rəsmi saytında məlumat verilib.

Sərgiyə ziyarətçi qismində MDB-dən Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Avropadan Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Danimarka, İtaliya, İspaniya, Kipr, Polşa, Slovakiya, Fransa, Finlandiya, Çexiya və İsveç, Afrikadan Anqola, Botsvana və Namibiya, Asiya regionundan Banqladeş, Hindistan, Şri-lanka, Monqolustan, Koreya Respublikası, Yaponiya, Vyetnam, Livan, Qətər, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Amerikadan Argentina və ABŞ-dan nümayəndə heyətləri qatılacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş