Azərbaycan hərbçiləri Türkiyədə “Anadolu Qartalı” təlimini müşahidə edəcəklər

Türkiyənin ev sahibliyində Konyadakı Hərbi Hava Qüvvələri bazasında ABŞ, İngiltərə, İspaniya, Pakistan və NATO-dan qatılımla “Anadolu Qartalı-2015” təlimi keçiriləcək.

Bu barədə “AzeriDefence”yə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

Təlimin məqsədi bir ssenari daxilində gerçəyə yaxın müharibə şəraitində bütün iştirakçıların bilik və bacarıqlarını yüksəltmək, təcrübə mübadiləsini təmin etməkdir.

Təlimə ABŞ-dan 12 ədəd F-15C təyyarəsi, Almaniyadan bir ədəd A-310 təyyarəsi, İngiltərədən 6 ədəd EF-2000 təyyarəsi, İspaniyadan 6 ədəd F-18 təyyarəsi, Pakistandan 6 ədəd F-16 təyyarəsi, NATO-dan bir ədəd E-3A təyyarəsi, Türkiyə Hava Qüvvələrindən 12 ədəd F-4E 2020, 42 ədəd F-16 döyüş, bir ədəd KC-135 tanker təyyarəsi, 2 ədəd CN-235 təyyarəsi, bir ədəd AS-532 helikopteri, bir ədəd E-7T havadan erkən xəbərdarlıq təyyarəsi, Quru Qoşunlarından 2 ədəd T129 (ATAK) və iki ədəd S-70 helikopteri, Dəni Qüvvələrindən bir ədəd freqat, 2 ədəd hücum gəmisi iştirak edəcək.

Təlimə müşahidəçi qismində Azərbaycan, Braziliya, Əlcəzair, Danimarka, İndoneziya, Estoniya, Mərakeş, Yaponiya, Qatar, Koreya, Kosova, Livan, Malayziya, Moldova, Monqolustan, Rumıniya, Seneqal, Slovakiya, Sloveniya, Çili, Tacikistan, Tunis və Omandan hərbçilər qatılacaqlar.

KATEQORIYA:
Bu xəbəri paylaş