Azərbaycan hərbçiləri Türkiyədə “Beynəlxalq İşıq” təliminə qatılıblar

Türkiyənin ev sahibliyində “Beynəlxalq İşıq-2015/1” hərbi təlimləri başlayıb.Bu barədə “AzeriDefence” Türkiyə Hərbi Hava Qüvvələrininmətbuatla əlaqələr mərkəzinə istinadən məlumat verib.

Təlimə Türkkiyə ilə yanaşı ABŞ, Azərbaycan, İspaniya, Şimali Kipr, Macarıstan və Rumıniya silahlı qüvvələri bölmələri qatılıblar.

Aprelin 10-dək Türkiyə Hərbi Hava Qüvvələrinin Konyadakı 3-cü Reaktiv Təyyarələr Bazasında icra ediləcək təlimin məqsəd əməliyyatlarda icra edilə biləcək olan müştərək Müharibə Axtarış Xilasetmə (MAK), Yaxın Hava Dəstəyi, dinamik atış və həssas atış ssenariləri üzrə milli və beynəlxalq qüvvələrin birgə çalışabilmə imkanını artırmaq, təcrübə mübadiləsi aparmaqdır.

Təlimə Türkkiyə Quru Qoşunları Komandanlığından iki ədəd AH-1P/W, bir ədəd S-70 helikopteri və bir MAK taqımı, Hava Qüvvələri Komandanlığından 6 ədəd F-16 C/D, bir ədəd CN-235 təyyarəsi, bir ədəd AWACS təyyarəsi, üç ədəd AS-532, iki ədəd UH-1H helikopteri, iki MAK taqımı, Jandarma Baş Komandanlığından bir MAK taqımı, Baş Qərargah Xüsusi Təyinatlı Qüvvələr Komandanlığından bir ədəd S-70 helikopteri, bir MAK taqımı, bir Müharibə Atəş Dəstək taqımı, ABŞ-dan bir ədəd MC-130, iki ədəd CV-22 təyyarəsi və bir xüsusi təyinatlı axtarış xilasetmə taqımı, Azərbaycandan dörd ədəd Mi-17 helikopteri və bir Xüsusi Təyinatlı taqım, İspaniyadan bir ədəd CN-295 təyyarəsi və bir axtarış xilasetmə taqımı, Şimali Kiprdən bir axtarış xilastmə taqımı, Macarıstandan bir axtarış xilasetmə taqımı, Rumıniyadan iki ədəd SOCAT helikopteri və bir axtarış xilasetmə taqımı iştirak edəcək. Təlimə Gürcüstan və Oman müşahidəçi qismində qatılacaqlar.

KATEQORIYA:
Bu xəbəri paylaş