Azərbaycan hərbçiləri xaricdə keçirilən tədbirlərə qatılacaqlar

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 7-dən 11-dək Marmaris şəhərində (Türkiyə) “Beynəlxalq gəmi və liman ərazisinin təhlükəsizliyi” kursu, 18-dək Ankarada “Hərbi-Mülki əməkdaşlıq” kursu, oktyabrın 16-dək Vişkov şəhərində (Çexiya) Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları üzrə təlimatçı hazırlığı kursu, noyabrın 27-dək Şrivenhəm şəhərində (Böyük Britaniya) Hərbi İngilis dili kursu, dekabrın 18-dək Vilnüs şəhərində (Litva) kiçik rütbəli zabitlər üçün qərargah kursu, sentyabrın 8-dən 16-dək Varşava şəhərində (Polşa) NATO Standartlaşdırma kursu keçiriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş