Azərbaycan hərbçiləri xaricdə keçirilən tədbirlərə qatılacaqlar

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq fevral ayında bir sıra tədbirlər keçiriləcək. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Fevralın 3-dən 6-dək Varşava şəhərində (Polşa) NATO Təlimlərinin sinxronlaşdırılması konfransı, fevralın 3-dən 7-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi” kursu və Azərbaycan-ABŞ iş planına əsasən Sofiya şəhərində (Bolqarıstan Respublikası) “Siber Guardian-2014” təliminin yekun planlaşdırma konfransı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

KATEQORIYA:
Bu xəbəri paylaş