Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə NATO-nun ekspertlərinin İşçi görüşü keçiriləcək
Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə NATO-nun ekspertlər qrupu arasında İşçi görüşü keçiriləcək. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mayın 14-15-də Bakı şəhərində keçiriləcək görüşdə NATO-dan Alyansın Nortvud Hərbi Dəniz Qüvvələri Komandanlığının nümayəndələri iştirak edəcəklər.
KATEQORIYA: Müdafiə