Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsindən azad edilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilib. “AzeriDefence”nin məlumatına görə,
vitse-admiral Ş. Sultanov dövlət başçısının sərəncamı ilə vəzifəsindən azad olunub.Hərbi Dəniz Qüvvələrinin komandanının vəzifəsinin icrası HDQ qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.

KATEQORIYA:
Bu xəbəri paylaş