Azərbaycan İtaliyadan 10 helikopter alıb

“Finmeccanıca” şirkətinə daxil olan “AgustaWestland” şirkəti “Azərbaycan Hava Yolları” (AZAL) ilə yeni helkopterlərin alğı-satqısına dair müqavilə imzalayıb. Bu barədə “AzeriDefence” “AgustaWestland” şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Dəyəri 115 mln. Avro təşkil edən müqaviləyə əsasən şirkət Azərbaycana 10 ədəd helikopter satacaq. Bunlardan 8 ədədi AW-139s, 2 ədədi isə AW-189s tipli helikopterdir. Bu helikopterlər ofşor daşımalar, fövqəladə tibbi xidmətlər, axtarış-xilasetmə əməliyyatları və VİP xidmətlər üçün istifadə olunacaq.

Şirkətin icraçı direktoru Bruno Spanyoli bildirib ki, bu müqavilə ilə AZAL ən son texnologiyalara və təhlükəsizlik standartlara sahib olacaq.

“Bu nailiyyətlə biz regionda gələcək imkanlarımızı qorumuş olduq. AW-139s və AW-189s helikopterlərinin seçilməsi onların üstünlüyünü və beynəlxalq bazarlarında rəqabətliyinə davamlı olduğunu göstərir”, – deyə şirkət rəsmisi vurğulayıb.
“AgustaWestland”ın kommersiya şöbənin vitse-prezidenti Emilio Dalmasso isə bildirib ki, şirkətin istehsal etdiyi AW-139s helikopterləri dünyanın 60-dan çox ölkəsində istifadə olunur.

Qeyd edək ki, AW-189s helikopterləri 2011-ci ildən istehsal olunur və əsasən yükdaşımalarda istifadə olunur. Helikopter 16-18 nəfəri və 8000 kq yük daşıya bilər. Onun uzunluğu 17,6 metr, maksimal sürəti isə saatda 278 km təşkil edir. AW-139s helikopterləri isə 15 nəfəri daşıya bilər. Uzunluğu 13,77 metr, maksimal sürəti saatda 310 km təşkil edir və bu tipli helikopterlər müxtəlif əməliyyatlarda istifadə üçün nəzərdə tutulub.

KATEQORIYA:
Bu xəbəri paylaş