Azərbaycan Kanada firmasına təyyarə və helikopter simulyatorları sifariş verib

Azərbaycan Hava Yolları (AZAL) Kanadanın CAE Inc. şirkətinə təyyarə və helikopter simulyatorları sifariş verib. “AzeriDefence”nin xəbərinə görə, bu barədə CAE şirkətinin yaydığı press-relizdə bildirilib.

AZAL və CAE arasında imzalanmış müqavilə Embraer 190 E-Jet, Sikorsky S92 və AgustaWestland AW139 helikopterinin simulyatorunun çatdırılmasını əhatə edir.

Istehsalçı firma Embraer 190 simulyatorunu 2014-cü ildə, helikopter simulyatorlarını isə 2015-ci ildə sifarişçiyə çatdıracaq.

KATEQORIYA:
Bu xəbəri paylaş