Azərbaycan Mi-28 zərbə helikopterləri ilə maraqlanır
Moskvada keçirilən Beynəlxalq Aviasiya-Kosmik Sərgisində (MAKS-2015) iştirak edən Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiya istehsalı olan döyüş helikopterləri ilə maraqlanıblar.
“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi məlumatına görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin əməkdaşları MAKS-2015-də nümayiş olunan, “Vertoleoti Rossii” Konsernin istehsal etdiyi bəzi helekopterlərlə yaxından tanış olublar.
Azərbaycanlı hərbçilər əsasən yeni nəsil zərbə helikopterlərdən sayılan Mi-28-in texniki xarakteriskasını öyrəniblər.
İstehsalçı tərəf isə Azərbaycanın bu helikopterə göstərdiyi diqqəti təqdir ediblər və əməkdaşlığın mümkünlüyünü söyləyiblər.
Məlumatda o da qeyd olunub ki, buna qədər isə Azərbaycan 24 ədəd Rusiya istehsalı olan Mi-35 helikopterləri alıb.