Azərbaycan MSN tərəfindən yeni silahlar yaradılıb

Siyahı
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən 2012-ci ildə yeni silah və hərbi texnikaların yaradılması istiqamətində bir sıra layihələr reallaşdırılıb. “/” saytının xəbərinə görə, 17 dekabr müdafiə sənayesi işçilərinin peşə bayramı günü ərəfəsində jurnalistlərə müsahibə verən müdafiə sənayesi naziri Yavər Camalov yeni layihələri açıqlayıb.

Nazir yeni layihələri aşağıdakı kimi sıralayıb:

1. NATO standartlarına uyğun Yalquzaq” adı verilmiş 7.62×51 mm çaplı snayper tüfənginin yaradılması. Artıq yaradılma mərhələsi başa çatmış snayper tüfənginin atış məsafəsi 1000 metr, darağının tutumu 10 patron, çəkisi isə 7.1 kq-dır.

2. Əl pulemyotu. Xüsusi təyinatlı və kəşfiyyatçılar üçün nəzərdə tutulmuş bu silahın atış məsafəsi 1000 metr, çəkisi 7-kq, uzunluğu 1080 mm-dir.

3. 23 mm çaplı snayper tüfənginin yaradılması. Bu silahın 2013-cü ilin birinci yarısına hazır olması gözlənilir.

4. Dağlıq ərazilərdə döyüş aparmaq üçün, çantada daşınan bir lüləli, iki lüləli və üç lüləli reaktiv qurğuların hazırlanması.

Təkmilləşdirmələr:

1. İST 14.5 “İstiqlal” snayper tüfənginin təkmilləşdirilməsi. Təkmilləşmə nəticəsində silahın çəkisi azaldılaraq 35 kq-dan 28 kq-a endirilib. Həmçinin silahda bir sıra texniki dəyişikliklər aparılıb.

2. Azərbaycanda istehsal edilən 60 və 82 mm-lik minaatanların atış məsafəsinin artırılması. Təkmilləşdirmə nəticəsində 60 mm-lik minaatanlarda atış məsafəsi 4000 metrə (əvvəl 1600 m olub), 82 mm-lik minaatanlarda isə 5000 metrə (2500 m olub) çatdırılıb.

Hərbi texnikaların yaradılması

1. BRDM maşının bazasında yeni kəşfiyyat maşını yaradılıb. Maşın 23 mm-lik top, iki ədəd 7.62 mm çaplı pulemyot, AQ-17 qumbaraatan, tüstü buraxıcı qurğu, həmçinin zəruri kəşfiyyat vasitələri ilə təchiz olunub. Nazirin sözlərinə görə, bu maşın kəşfiyyatla yanaşı düşmənin həm yerüstü, həm də hava hədəflərini məhv etmək üçün nəzərdə tutulur.

2. MT LB tipli maşının üzərində 15 lüləli reaktiv atəş sistemi yaradılıb. Düşmənin canlı qüvvəsi, sığınacaqlarını və hərbi texnikasını məhv etmək üçün nəzərdə tutulan maşının silahlanmasında 57 mm-lik raketlərdən istifadə olunur.

3. “Gürzə” adlı yeni post-patrul maşınının yaradılıb. Bu maşın 2 ədəd 7.62 mm-lik və 1 ədəd 12.7 mm-lik pulemyotla silahlandırılıb. Bu maşın güc strukturları üçün nəzərdə tutulur.

4. Hərbi texnikalar üçün döyüş modulları yaradılıb. Döyüş modulları 12.7 mm, 14.5 mm-lik pulemyotlar, 20 mm, 23 mm və 30 mm-lik toplarla silahlandırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş