Azərbaycan müdafiə nazirinin Litva və Latviyaya rəsmi səfəri başlayıb

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Litva və Latviyaya rəsmi səfərə gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Zakir Həsənov iyulun 1-dən 2-dək Litvada və iyulun 2-dən 4-dək Latviyada səfərdə olacaq.

Səfər çərçivəsində hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş