Azərbaycan Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərgin olaraq qalır

Ermənistan Silahlı Qüvvələri yanvarın 24-də və yanvarın 25-i gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 201 dəfə pozub. Bu barədə “AzeriDefence”yə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərini, həmçinin Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərin atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub

KATEQORIYA:
Bu xəbəri paylaş