Azərbaycan Müdafiə Nazirliyi Çexiyanın hərbi tədris proqramlarını öyrənir

Azərbaycan Müdafiə Nazirliyivə hərbi məktəbinin 3 nümayəndəsi Çexiya Silahlı Qüvvələrinin Brnodakı Müdafiə Universitetində olub. Bu barədə “AzeriDefence” Brno Müdafiə Universitetinə istinadən məlumat verib.

Martın 18-dən 23-dək davam edən səfər çərçivəsində Azərbaycan heyəti zabit kursları üçün hərbi dərəcə proqramlarının hazırlanması, yaradılması və icrası metodları ilə tanış olub.

“Azərbaycan nümayəndə heyəti hərbi idarəetmə sahələrində müdafiə planlaşdırması, planlaşdırma və idarəetmə sahəsində iki illik magistr dərəcəsi metodu ilə xüsusilə maraqlanır”, – deyə məlumatda qeyd olunub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinə Müdafiə Universitetinin proqramlarının təqdimatı keçirilib, təhsil müəssisəsinin laboratoriyaları, Simulyassiya və Təlim Texnologiyaları Mərkəzi nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan və Çexiya NATO Defence Education Enhancement Program (NATO DEEP) (Müdafiə Təhsilinin Artırılması Proqramı) çərçivəsində əməkdaşlıq edir.

KATEQORIYA:
Bu xəbəri paylaş