Azərbaycan nümayəndə heyəti İDEAS-2012 sərgisinə qatılıb

Azərbaycanın hərbi nümayəndə heyəti Pakistanda keçirilən İDEAS-2012 müdafiə sərgisi və seminarına qatılıb. “AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının məlumatına görə, sərgidəAzərbaycanın müxtəlif qurumlarının nümayəndələri ziyarətçi qismində iştirak edirlər.

Sərginin birinci günü (noyabrın 7-də) Azərbaycan nümayəndə heyəti Ukrayna pavilyonunda olub. Ukrayna müəssisələri tərəfindən istehsal edilmiş yeni məhsullarla tanış olub, müzakirələr aparıblar. Ukrayna stendində daha çox “Kolçuqa” tipli RLS, həmçinin yeni bədən zirehləri diqqət cəlb edib.

Azərbaycan nümayəndə heyəti həmçinin Pakistanın yerli firmalarının məhsulları ilə tanış olub müzakirələr aparıblar. Çin firmaları isə Azərbaycan nümayəndə heyətinə müasir artilleriya və reaktiv atəş sistemlərini nümayiş etdirib.

Pakistan Aviasiya Kompleksində (PAC) isə Azərbaycan nümayəndələri JF-17 “Thunder”döyüş təyyarəsi və bu proqramın növbəti mərhələləri barədə bilgiləndiriliblər.

KATEQORIYA:
Bu xəbəri paylaş