Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanında tədbirə qatılıb

Bu gün Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində bu ölkənin Sərhəd Mühafizəsi Fondunun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans və sərgi başlayıb. Bu barədə “AzeriDefence” konfransın təşkilat komitəsinə istinadən məlumat verib.

Səudiyyə Ərəbistanı şahzadəsi, baş nazirin müavini və daxili işlər naziri Naif ibn Əbdüləziz əs-Səudun himayəsi altında keçirilən tədbir iyunun 7-dək davam edəcək.

Tədbirdə müxtəlif ölkələrin sərhəd xidmətlərinin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və sərhəd mühafizə sistemlərinin istehsalı üzrə ixtisaslaşmış şirkətlər iştirak edir. Konfransa Azərbaycandan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti də qatılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş