Azərbaycan nümayəndə heyəti Türkiyənin səfərbərlik təcrübəsi ilə tanış olub

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-leytenant Arzu Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 7-dən 11-dək Türkiyədə səfərdə olub. Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin dəvəti ilə baş tutmuş səfər çərçivəsində səfərbərlik və hərbi xidmətə çağırış sahəsində ikitərəfli təcrübə mübadiləsi, bu sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Ankarada səfərbərlik və çağırış idarələrinin fəaliyyəti ilə də tanış olub.

KATEQORIYA:
Bu xəbəri paylaş