Azərbaycan Ordusu 95 yaşında əzələ göstərəcək – EKSKLÜZİV

Bakı möhtəşəm hərbi parada hazırlaşırGələn il Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibəti ilə Bakıda möhtəşəm hərbi paradın keçirilməsi planlaşdırılır. “AzeriDefence.com” saytının əldə etdiyi məlumata görə, dövlət rəhbərliyinin tapşırığına əsasən Silahlı Qüvvələrin 95 illiyinin geniş səviyyədə qeyd edilməsi nəzərdə tutulur.

Keçiriləcək hərbi paradda Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi ən müasir silah, hərbi texnika, raket sistemləri, eləcə də ölkə hərbi sənayesinin nailiyyətlərinin nümayiş etdirilməsi gözlənilir.

“Bu parad əvvəlkilərlə müqayisədə çox geniş və möhtəşəm olacaq”, – deyə məlumatda bildirilib.

Artıq 95 illiklə bağlı bəzi tədbirlərə indidən başlanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş