Azərbaycan Ordusu ACH dəbilqələrə keçir – FOTO

Şəxsi heyətin mühafizəsinə diqqət artır Müdafiə naziri yeni dəbilqə ilə ön xəttə çıxdı

Azərbaycan Silahlı Qüvvələrində şəxsi heyətin həyatının mühafizəsi məqsədi ilə yeni fərdi qoruyucu vasitələr alınır.

“AzeriDefence”nin məlumatına görə, artıq hərbi hissələr yeni dəbilqələrə keçməyə başlayır. Advanced Combat Helmet (ACH – Müasir Döyüşçü Dəbilqəsi) sinfinə aid yeni dəbilqələr ordunun istifadəsində olan keçmiş sovet və Ukrayna istehsalı olan dəbilqələrdən çəkisinin yüngüllüyü (900-1060 qram arasında), qoruma səviyyəsinin yüksək olması, habelə antitravma xüsusiyyəti ilə fərqlənir. Bu dəbilqələrin yan və ön hissələrinə gecəgörmə cihazı, mikrofon, qulaqcıq və fənər yerləşdirmək üçün xüsusi relslər bağlamaq mümkündür.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə xəttində yerləşən Azərbaycan Ordusunun döyüş mövqelərinə son səfərində yeni dəbilqədə görüntülənib.

İlk nümunələri Amerikan Ordusu üçün hazırlanmış və hazırda dünyada 20-yə yaxın şirkət tərəfindən istehsal olunan ACH dəbilqələrində “Kevlar” və “Twaron” kimi ballistic materiallardan istifadə olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş