Azərbaycan Ordusu Beyləqanda təlimlərə başlayıb

Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgəsindəki hərbi hissələrində döyüş hazırlığı üzrə təlim məşğələləri keçirilir. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlim məşğələləri müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən keçirilir.

Cəbhənin Beyləqan istiqamətində döyüş hazırlığının təşkili üzrə səhra şəraitində keçirilən nümunəvi taktiki məşğələlərə bölük və tabor səviyyəsində şəxsi heyət cəlb olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş