Azərbaycan Ordusuna POMİNS-2 portativ mina zərərsizləşdirmə sistemi – EKSKLÜZİV

Azərbaycan İsraildən POMİNS-2 (Portable mine neutarlization system) portativ mina zərərsizləşdirmə sistemi alıb. Bu barədə “AzeriDefence” eksklüziv olaraq hərbi mənbələrdən məlumat əldə edib.Yaxın vaxtlarda istehsalçı şirkətin mütəxəssisləri tərəfindən yeni sistemin istifadəsi ilə bağlı Azərbaycan mütəxəssislərinə təlimlər veriləcək.

İsrail Müdafiə Qüvvələri (IDF) üçün inkişaf etdirilmiş POMINS-2 “Israel Military Industries ltd.” (I.M.I). şirkəti tərəfindən hazırlanıb. POMİNS-2 bir dəqiqədən az zaman ərzində 50 sm genişlikdə və 50 metr uzunluğunda yolu minalardan və məftil maneələrdən təmizləyə bilir. Sistemi qurub işə salmaq 30 saniyə tələb edir.

I.M.I saytında POMİNS-2-nin bəzi texniki və taktiki göstəriciləri barədə məlumatlar yerləşdirilib. Şirkətin məlumatında POMİNS-2-nin piyadalar əleyhinə minaların və məftil maneələrinin bütün tiplərini təmizlədiyi, əməliyyat prosesinə qısa müddətdə hazır vəziyyətə gətirilə bildiyi qeyd olunub.

Kürəkdə daşına bilən sistemi qaranlıq şəraitdə belə qurub tətbiq etmək mümkündür. Sistem MIL STD 1316 təhlükəsizlik tələblərini qarşılayır və NATO STANAG 4187 səviyyəsinə cavab verir.

KATEQORIYA:
Bu xəbəri paylaş