Azərbaycan Ordusuna yerli döyüş sursatları – EKSKLÜZİV – FOTO

Milli hərbi sənayedən iddialı addımAzərbaycan hərbi sənaye kompleksi 2013-cü ilin ortalarınadək döyüş sursatlarının istehsalı ilə bağlı bir neçə əhəmiyyətli layihəni reallaşdırmağı planlaşdırır. Bu barədə “AzeriDefence.com” saytına Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bura Azərbaycan Silahlı Qüvvələrinin tələblərinə uyğun olaraq minaatan, iri çaplı atıcı silahlar üçün sursatların, artilleriya mərmilərinin, həmçinin reaktiv raketlərin istehsalı daxildir. Bundan başqa, ölkədə döyüş sursatlarının istehsalında istifadə olunan içliklər, partladıcılar hazırlayacaq zavod istifadəyə veriləcək.

Bununla da Azərbaycan Silahlı Qüvvələrinin ehtiyac duyduğu bütün növ döyüş sursatları yerli müəssisələrdə istehsal edilmiş olacaq.

Nazirlikdən bildirilib ki, hazırda adıçəkilən istehsalının yaradılması istiqamətində xarici şirkətlərlə birgə işlər aparılır.

Qeyd edək ki, bir müddət əvvəl müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlamasında ilin sonuna qədər istehsal olunan məhsul çeşidinin 700-ə çatdırılacağın deyib. Nazir 85 mm-dən 125 mm-dək sursatların, həmçinin tanklar və helikopterlər üçün döyüş sursatlarının istehsalının yaradılması istiqamətində işlərin aparıldığın bildirmişdi.

Fotolar AzeriDefence.com saytına məxsusdur. İstifadə zamanı istinad zəruridir.

KATEQORIYA:
Bu xəbəri paylaş