Azərbaycan Ordusunun zabiti şəhid olub

Ermənistan Silahlı Qüvvələrinin yanvarın 27-də saat 12.30-da atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun zabiti leytenant Əzizov Səbuhi Rüstəm oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə leytenant Əzizov Səbuhi Rüstəm oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

“Şəhid zabitimizin silahdaşları and içiblər ki, leytenant Səbuhi Əzizovun xatirəsini həmişə uca tutacaq, onun intiqamını alaraq qanını yerdə qoymayacaqlar!” deyə məlumatda qeyd olunub.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

KATEQORIYA:
Bu xəbəri paylaş